Baş İdarənin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Ramazan bayramı münasibətilə konsert keçirilib +FOTO=13

Baş İdarənin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Ramazan bayramı münasibətilə konsert keçirilib +FOTO=13

Baş İdarənin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Ramazan bayramı münasibətilə konsert keçirilib

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Ramazan bayramı münasibətilə konsert keçirilib.

 

Tədbirdə Baş İdarənin rəis müavini Nazim Əliyev, Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş Mərkəzinin direktoru Həcər İsrafilova, hərbi məktəbin kollektivi iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Humay Muxtarova və Ayaz Məmmədovun aparıcılığı ilə keçən konsertdə populyar müğənni Nadir Qafarzadə, aşıq Elvin Mehmanlı, Xətai rayon Mədəniyyət Mərkəzinin “Səma” rəqs ansamblı rəngarəng ifalarla bayram əhval-ruhiyyəsi yaradıblar.

 

Tədbirin təşkilində əsas məqsəd Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin şəxsi heyətinin və kursantlarının asudə vaxtını səmərəli təşkil etmək, onları mədəni irsimiz və milli dəyərlərimizlə yaxından tanış etməkdir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020