Pianoçu Nərgiz Kəngərlinin konserti keçirilib (AZpress.AZ, İ.Nəriman, +FOTO=5)

Pianoçu Nərgiz Kəngərlinin konserti keçirilib (AZpress.AZ, İ.Nəriman, +FOTO=5)

 

28 aprel 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Respublika və beynəlxalq müsabiqələr laureatı, BMA-nın "İxtisas fortepiano" kafedrasının müəllimi Nərgiz Kəngərlinin konserti keçirildi.

 

Həmçinin konsertdə N.Kəngərlinin istedadlı tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Arian Ghahramani də çıxış etdi.

 

"Fortepiano" fakültəsinin ll kurs tələbəsi A.Ghahramaninin ifasında S.Raxmaninovun "Prelüd"ü (op.32, N.10 h moll), F.Listin "Transtendent etüd" (N.10, f moll) əsərləri hər kəs tərəfindən maraqla qarşılandı.
N.Kəngərlinin ifasında isə səslənən L.V.Bethovenin sonata "Appassionata" (op.57, f moll), F.Şopenin Etüd N4 (op.10 cis moll), N.Paqani-F.Listinin "La Campanella" (gis moll) əsərləri dinləyicələrin böyük marağına səbəb oldu.

 

Təntənəli konsert gecəsi tamaçıların gurultulu alqış sədaları altında başa çatdı.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020