Mərkəzi Gömrük Hospitalının cərrahı Beynəlxalq Elmi Konqresdə çıxış edəcək
Bu xəbəri paylaş
Mərkəzi Gömrük Hospitalının damar cərrahı, t.f.d., Dr.Səbuhi Dadaşov 5 may 2022-ci il tarixində həyata keçiriləcək "Hamiləlikdə genital və ekstragenital xəstəliklər" mövzusunda Beynəlxalq Elmi Konqresin “Hamiləlik və Daxili xəstəliklər” panelində “Hamilələrdə venoz patologiya və tromboembolik ağırlaşmalar” mövzusunda mövzusunda təqdimatla çıxış edəcək.
Qeyd edək ki, "Hamiləlikdə genital və ekstragenital xəstəliklər" mövzusunda Beynəlxalq Elmi Konqresin elmi hissəsi Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi üzərindən canlı yayımlanmayacaq.
Mama-ginekoloq, kardioloq, endokrinoloq, damar-cərrahı, ümumi cərrah, infeksionist, hematoloq, psixiatr, onkoloq, nefroloq, anestezioloq-reanimatoloq, pediatr və neonatoloq ixtisasında olan həkimlərin konqresdə iştirak etməsi nəzərdə tutulub.
Konqres əyani olaraq Baku Marriott Boulevard otelində, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcək. Konqresdə iştirak ödənişlidir!
Əyani iştirak edəcək həkimlər üçün Konqresdə iştirak haqqı 100 AZN, əyani iştirak edəcək rezidentlər üçün 50 AZN təşkil edir. Distant iştirak haqqı isə 20 AZN-dir.
Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 8 DTT balı və sertifikat veriləcək.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/LsjH6jNrudqGVTnt6
Proqramla Mərkəzi Gömrük Hospitalının internet səhifəsində tanış olmaq və ödəniş etmək üçün link: https://customshospital.az/5-may-hamilelikde-genital-ve-ekstragenital-xestelikler-beynelxalq-elmi-konqres/
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)