Hümbət Həsənoğlu: Maska

Hümbət Həsənoğlu: Maska

 Hümbət Həsənoğlu: 
Maska

 

Maskanı hamı təəssüfsüz tulladı.
Başa düşüləndir, çünki maska narahatçılıq yaradırdı, rahat nəfəs almağımıza mane olurdu. Amma başqa cür də o bizim nəfəs yollarımızi ölümcül xəstəlikdən qoruya bilməzdi, axı!
Onsuz hamı rahat nəfəs aldı və anında da aylarla insanları ölümcül xəstəlikdən xilas edən maska atıldı.
Özünü insan yolunda qurban verən maska bir dənə də yaxşı söz eşitmədən getdi.
Ümid edirəm ki, o hələ uzaq getməyib və mənim bu sözlərim onun qulağına çatacaq:
Sağ ol Maska, yaxşı ki, yaradılmısan. Nə gözəl ki, çətin ayları bizimlə oldun, ipindən gələnləri bizim üçün etdin.
Sən bizlərdən incimə, əziz Maska, biz insanlar yaxşı əməl sahiblərinə çox vaxt biganə, hətta nankor oluruq.
Sənin bizlərdən yaxşı yaradıldığına əminəm və elə bu səbəbdən də inanıram ki, sənə ehtiyacımız olan kimi qayıdıb, xoş sözlərə xəsis ağzımızı yenidən örtəcək, bizləri yenidən qoruyacaqsan.
Hümbət Həsənoğlu

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020