MEK fonduna dövlətçiliyə aid yeni nəşrlər daxil olub +FOTO=2

MEK fonduna dövlətçiliyə aid yeni nəşrlər daxil olub 

 

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinə yeni nəşrlər daxil olub.

 

Kitablar sırasında “Bakı haqqında etüdlər”, “Qobustan minilliklərin kitabı”, “Daş keşikçilər”, “Heydər Əliyev və Şərq. Türkiyə”, “Heydər Əliyev siyasəti. Tolerantlıq”, “Heydər Əliyev Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər”, “Aserbaidschan”, “Authentic Azerbaihan” (Aynur Talıbova), “Ilham Portrait of a President”, “Heydar. The rise and fall and rise again of Heydar Aliyev and Azerbaijan”, “Salam, Azərbaycan!”, “Humanizmlə qətiyyətin vəhdəti”, “Zəfər salnaməsi”, “44 gün anbaan... rəsmi xronika”, “Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimiz haqqında fikirləri”, “İlham Əliyev və zəfər tariximizin şanlı səhifələri”, “Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü. Prezident salnaməsi”, “Azərbaycan – milli kimliyin tarixi məsələləri” və digərləri yer alıb.

 

Nəşrlərdə ümummilli lider Heydər Əliyevin yürütdüyü məqsədyönlü və müdrik siyasəti, eləcə də dahi liderin siyasi irsinin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin 44 gün davam edən II Qarabağ müharibəsi zamanı ölkə mediasına və xarici KİV-ə verdiyi müsahibələr, etdiyi çıxışlar, nitqlər, həmçinin Azərbaycan haqqında dəyərli məlumatlar əksini tapıb.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020