"Çox sevinirəm ki, doğma Azərbaycan bayrağı altında yarışlara qatılacam" -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
"Çox sevinirəm ki, doğma Azərbaycan bayrağı altında yarışlara qatılacam" -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bundan sonra Azərbaycanın cüdo üzrə kişilərdən ibarət yığmasında çıxış etmək imkanı əldə edən Səid Mollayi Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına maraqlı açıqlama verib. Həmiə Azərbaycan bayrağı altında çıxış etmək arzusunda olduğunu gizlətməyən Səid deyib: “Ona görə Monqolustan Cüdo Assosiasiyası ilə müqaviləm bitdikdən sonra özüm ilk təşəbbüsü göstərərək ACF-ə müraciət etdim və Azərbaycan adından çıxış etmək niyyətimi bildirdim. Mən çox sevinirəm ki, bundan sonra doğma Azərbaycan bayrağı altında yarışlara qatılacam. Qarşıda bizi dünya və Avropa çempionatları, 2024-cü ildə Paris Yay Olimpiya Oyunları gözləyir. Vaxtımız azdır, əlimdən gələni edəcəm ki, yüksək nəticə göstərim və bayrağımızı yüksəklərə qaldırım”.
Ümid edirik ki, hər zaman 81 kq çəki dərəcəsində problem yaşayan yığmamız Səid Mollayinin gəlişindən sonra bu promlemlə üz-üzə qalmayacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)
