Heydərovla Mehtiyev Top-3-də qalıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)

Heydərovla Mehtiyev Top-3-də qalıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)

Heydərovla Mehtiyev Top-3-də qalıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Rüstəm Orucovsa 4 pillə irəliləyib

 

Beynəlxalq Cüdo Federasiyası Sofiyada (Bolqarıstan) keüçirilən Avropa Çempionatından sonra tatami ustalarının yeni reytinq cədvəlini açıqlayıb. Xatırladaq ki, Avropa çempionatında 73 kq-da qızıl medal qazanan Hidayət Yeydərov (4120 reytinq xalı) ilk üçlükdəki yerini bir az da məhkəmləndirib. Onunla eyni çəkidə güləşən və həmin çempionatda 3-cü yeri tutmaqla bürünc medal qazanan Rüstəm Orucovsa (2247) 4 pillə irəliləməklə 11-ci yerə qalxıb. AÇ-da bürünc medal qazanan daha bir təmsilçimiz - 90 kq-da çıxış edən Məmmədəli Meytiyev (2994) də əvvəlki kimi yenə də 2-ci pillədədir. Həmin çəkidə mübarizə aparan Murad Fətiyevsə (1933) 14-cü yerdən 15-ə düşüb. Digər cüdoçularımıza gəlincə, 60 kq-da Kəramət Hüseynov (2767) 1 pillə geriləməklə 4-cü olub. Həmin çəkidə çıxış edən və AÇ-də bürünc medal uğrunda görüşdə uduzaraq qitənən 5-cisi olan Balabəy Ağayevsə (2002) 6 pillə yüksələrək 12-ci olub.

 

66 kq çəki dərəcəsində Orxan Səfərov (2970) əvvəlki kimi 5-ci, Yaşar Nəcəfovsa (1027) birdən birə 10 pillə irəliləməklə 28-ci yerə qalxıb. 81 kq-da yığmamızın heyətinə yenicə qatılan Səid Mollayinin (2994) mövqeyi də diqqəti çəkib. Beynəlxalq qaydalara görə, cüdoçu vətəndaşlığını dəyişdiyi zaman onun aktivində olan reytinq xalları toxunulmaz olaraq da qalır. Odur ki, Mollayi yeni cədvəldə 7-cidir. Həmin çəkidə Murad Fətiyevsə (1933) 14-dən 15-ə düşüb. 100 kq-da Zəlim Kotsayev (2587) 11-dən 12-yə düşdüyü halda, Yelmar Qasımov (1432) 4 pillə irəliləməklə 20-ci olub. Ən ağırımız olan Uşanqi Kokuari (2732) isə 9-cu pillədəki mövqeyində qalıb.

 

Zərif cinsdən olan cüdoçularımıza gəlincə, 48 kq-da Leyla Əliyeva (809) 5 pillə irəliləməklə 36-cı, 1 pillə yüksələn Ayişə Qurbanlı (450) isə 55-ci olub. 52 kq çəkidə Gültac Məmmədəliyeva (783) 37-dən 36-ya qalxıb. 57 kq-da İçinxorlo Munksedev (860) 3 pillə yüksələrək 35-ci olub. 63, 70 və 78 kq-da cüdoçularımızdan heç biri Top-100-də yer almayıb. +78 kq-da tatamiyə çıxan qadın yığmamızın lideri İrina Kindzerskaya (1975) da geriləyib. Tokio Olimpiadasının bürünc medalçısı daha 3 pillə geriləməklə 18-ci yerə düşüb.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020