“Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” layihəsi uğurla başa çatıb
Bu xəbəri paylaş
Layihənin son günü Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə “Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” layihəsi çərçivəsində “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında sahilyanı təmizlik kampaniyası keçirilib.
Sabunçu rayonu ərazisində yerləşən Pirşağı çimərliyində 100-ə yaxın könüllünün iştirakı ilə baş tutan tədbirdə 1 tona yaxın məişət tullantıları toplanıb.
Sanitar normalara uyğun ləvazimatlar və xüsusi qayıqlarla təchiz olunmuş gənclər toplatıqları tullantıları zərərsizləşdirilməsi poliqona təhvil verilib.
Kapaniyanın məqsədi ölkədə və xüsusilə Bakı şəhərində ekoloji problemlərin həllində dövlətə ictimai dəstək vermək, BMT-nin Ətraf Mühit proqramı modelini ölkəmizdə tətbiq etməklə qısa zaman ərzində böyük müsbət dəyişikliklər üçün ciddi addımlar atmaq, əhalinin ekoloji savadlılığını yüksəltməkdir.
Qeyd edək ki, layihə öz işinə “Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” forumu ilə başlamışdır. Forumda 100 nəfərədən çox gənc və könüllülər ilə yanaşı BMT-nin, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Təmiz şəhər ASC” nin və qeyri-hökümət təşkilatlarının nümayəndələri də iştirak ediblər.
Ümimilikdə layihə vasitəsilə gənclər arasında ekoloji maarifləndirmə işi aparılacaq, gənclər ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırılacaq, gəncləri ətraf mühitin qayğısına qalmağa təşviq etməklə onların asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaradılacaqdır. Xüsusilə plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumat paylaşılacaqdır.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)