Ərkivan məktəbliləri 50 komanda arasında ən güclü olub (AZpress.AZ, Akif Ağayev, +FOTO=10)

Ərkivan məktəbliləri 50 komanda arasında ən güclü olub (AZpress.AZ, Akif Ağayev, +FOTO=10)

 

 

Heydər Əliyev — 99

Masallıda bilik yarışmasına yekun vurulub

 

“ASAN” Xidmət İntellektual İnkişaf Mərkəzində Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin, “Masallı Gənclər evi” sosial xidmət müəsissəsinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş rayon tam orta ümumi təhsil məktəblərinin X-XI sinif şagirdləri arasında “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib.

 

Mükafatlandırıma mərasimində Masallı RİH başçısının müavini Aybəniz Qafarova, rayon gənclər və idman idarəsinin rəisi Sabiq Cahangirov, YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev, “Masallı Gənclər evi” sosial xidmət müəsissəsinin müdiri Fuad Mənsimov və Vətən müharibəsi iştrakçısı Ceyhun Qurbanov çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən danışıblar. Bütün mənalı həyatını xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətinin Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrildiyini vurğuluyan natiqlər birinciliyin qaliblərini təbrik ediblər.

 

Yarışın yekun nəticəsinə əsasən Ərkivan qəsəbə şəhid Zahir Nəcəfov adına 2 saylı tam orta məktəbinin komandası birinci, Xıl kənd Ə.Bəylərbəyov adına tam orta məktəbin komandası ikinci, Sığdaş kənd tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb.

 

Qalib komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlarla mükafatlandırılıb.

 

Məlumat üçün bildirək ki, aprelin 7-dən başlanılan “Xəmsə” Milli İntellektual Oyununda ümumilikdə 50-ə yaxın komanda iştirak edib.

 

Akif AĞAYEV.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020