“Müasir Azərbaycanın qurucusu” (AZpress.AZ, Akif Ağayev, +FOTO=6)

“Müasir Azərbaycanın qurucusu” (AZpress.AZ, Akif Ağayev, +FOTO=6)

 

Masallı Rayon Mərkəzi Kitabxanasında Ümummilli liderimizin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Müasir Azərbaycanın qurucusu – Heydər Əliyev” adlı tədbir keçirilib.

 

Tədbir Ulu Öndərin abidəsinin ziyarəti, dövlət himnimizin səsləndirilməsi ilə başlayıb.

 

Rayon Mərkəzi Kitabxanasının direktoru Əlhəddin Nəzərov əbədiyaşar lider Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan Respublikasının dünya məkanında öz layiqli yerini tutmasından danışıb.

 

Kitabxananın əməkdaşı Ağahüseyn Hüseyni Ümummilli Liderin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, respublikanın sosial-iqtisadi inkişafı sahəsindəki misilsiz fəaliyyətindən bəhs edib.

 

Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli adına Masallı şəhər 3 saylı tam və Əmirtürbə kənd ümumi orta məktəblərinin şagirdləri, şəhər 3 saylı körpələr evi uşaq bağçasının fidanları Ulu Öndərə həsr olunmuş seirlər söyləyib, rəqslər ifa ediblər.

 

Şəhər 3 saylı körpələr evi uşaq bağçasının musiqi müəllimi Humay Rzayeva “Xudayar təsnifi”ni, Şərəfə kənd tam orta məktəbinin şagirdi Təhməz Məmmədov isə “Azərbaycan oğluyam” mahnısını səsləndirib.

 

Kitabxananın həyətində dahi şəxsiyyətin həyat və fəaliyyətinə həsr edilən kitab sərgisinə baxış keçirilib.

 

Sonda bir qrup şəxsə Fəxri fərmanlar təqdim olunub.

 

Akif AĞAYEV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020