“Soyunub müştəri axtarırsansa, adını müğənni qoyma” - Cavanşir Məmmədov RÜSVAY ETDİ (+VİDEO)
Bu xəbəri paylaş
“Soyunub müştəri axtarırsansa, adını müğənni qoyma”- Cavanşir Məmmədov RÜSVAY ETDİ (+VİDEO)
"Sən bədənini niyə görə mənə göstərirsən? Nə var axı sənin bədənində? Nə varsa da özün bilirsən".
Bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "MTV maqazin" verilişinə verdiyi müsahibəsində deyib.
Sənətçi açıq-saçıq geyinən qadın müğənniləri ifşa edib, efir vasitəsi ilə yerlə bir edib:
"Əgər soyunub, bədənini göstərib, müştəri axtarırsansa, özünə müğənni adı qoyma. Oxuyanın müəyyən geyimi var, müəyyən çərçivədə soyuna bilər, geyimi də oxuduğu mahnı ilə əlaqədar ola bilər. Sən bədənini şişirdirsən. Camaat bunların hamısını adıyla tanıyır. Açıq-saçıq geyinə bilərsən, amma öz evində. Buna isə heç kim heç nə deyə bilməz. Bunları televiziyada eləmək olmaz".
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)