Akif Ağayev (AZpress.AZ)
Bu xəbəri paylaş
“Ömrünü xalqına həsr edən dahi şəxsiyyət”
Masallıda Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə silsilə tədbirlər davam edir.
“Ömrünü xalqına həsr edən dahi şəxsiyyət” adlı növbəti tədbir Masallı rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin və Masallı şəhər 11 illik İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbir öncəsi Ümummilli Liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Ulu Öndərin şərəfli həyat yolundan bəhs edən videçarx izlənilib.
Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva və Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Qəhrəmova, gənc mədəniyyət işçisi Gülcahan Vəkilzadə müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən, dahi şəxsiyyətin böyüklüyündən, danışıblar: «Azərbaycançılıq ideologiyasının yaradıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, sarsılmaz inamı və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyalarının reallaşdırılmasına, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqın müstəqillik arzularının həyata keçirilməsinə nail olub...”
Tədbir şəhər incəsənət məktəbi kollektivinin konsert proqramı, həmçinin Dəmirçi kənd ümumi orta məktəbi şagirdlərinin təqdim etdiyi ədəbi-bədii kompozisiya ilə davam edib.
Akif AĞAYEV.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)






