Aytac Qardaşxanlı Avropa Kubokunun üçüncüsüdür -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
CÜDO
----------------
Aytac Qardaşxanlı
Avropa Kubokunun üçüncüsüdür
Dünən Sarayevoda (Bosniya və Hersoqovina) qadın cüdoçular arasında Avropa Kubokuna start verilib. Azərbaycan da daxil olmaqla 27 ölkəni təmsil edən 253 tatami ustasının mübarizəyə qatldığı turnirin ilk günü 3 cüdoçumuz mübarizəyə qatılıb. 63 kq çəki dərəcəsində çıxış edən triomuadan yalnız Aytac Qardaşxanlı uğurla çıxış edərək Avropa Kubokunun üçüncüsü olub. Xatırladaq ki, 14 finalda büdrəyərək, təsəlliverici görüşlərər qatılan Aytac əvvəlcə polşalı Aleksandra Sokolovskini, bürünc uğrunda keçirilən kiçik finalda isə belçikalı Mari Sadunini məğlub edib. Xatırladaq ki, Qardaşxanlı 23-24 aprel günlərində Poznanda (Polşa) keçirilən analoji turnirdə birinci olaraq, qızıl medal qazanmışdı.
Təəssüflər olsun ki, Aytacla eyni gündə və eyni çəkidə tatamiya çıxan Diana Şoranova ilə Nərgiz Hacıyeva onun uğurunu təkrarlya bilməyib. Şoranova təsəlliverici görüşdə, Hacıyeva isə startda məğlubiyyətlə üzləşərək turnirlə əliboş vidalaşıb. Bu gün isə daha 3 cüdoçumuz - Günel Həsənli, Südabə Ağayeva (hər ikisi 70 kq) və Aytəkin Paşazadə (70 kq) tatamiyə çıxaraq mübarizəyə qatılıb. Bulardan isə Südabə daha yaxşı çıxış edib. yarımfinala qədər uğurla irəliləyən Südabə bu mərhələdə məğlubiyyətlə üzləşdikdən sonra bürünc medal uğrunda güləşmək məcburiyyətində qalıb. Burada isə onun rəqibi sloveniyalı Niko Koren olacaq.
İNTİQAM Məmməıdov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)



