"Araz-Naxçıvan" Azərbaycan çempionudur -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
"Araz-Naxçıvan" Azərbaycan çempionudur -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bakı İdman Sarayında keçirilən həlledici final və üçüncü yer uğrunda baş tutan görüşlə futzal üzrə ölkə çempionatının yüksək liqasında 202122-ci illər mövsümünə yekun vurulub. İlk olaraq meydana bürünc medalın sahibini müəyyənləşdirmək üçün "Neftçi" ilə "Baku Fayr" çıxıç. Meydanı 6:2 hesablı qələbə ilə tərk edən "Neftçi" çempionatın bürünc medalçısı olub. Daha sonra isə "Araz-Naxçıvan"la EKOL çempionluğun taleyini həll edib. Maraqlıdır ki, bu qarşılaşmada da böyük hesablı nəticə qeydə alınıb. Görüş 9:2 hesabla bitincə Naxçıvan təmsilçisi özünün növbəti çempionluq sevincini yaşayıb. EKOL isə gümüş medalla kifayətlənib.
Final oyunu bitəndən sonra həm komandalar, həm də futzalçılar ayri-ayri nominasiyalar üzrə mükafatlandırılıblar. Ən yaxşı qapıçı Emin Kürdov (EKOL), ən yaxşı oyunçu Rizvan Fərzəliyev (Araz-Naxçıvan), ən yaxşı məşqçi isə Elşad Quliyev (Neftçi İK) seçilib. Mövsüm ərzində 46 qol vuran Maneka bombardir olub. Gənc qapıçıların yetişdirilməsi və milli komandalara qazandırılması istiqamətindəki fəaliyyətinə görə məşqçi Ağakərim Həsənova təşəkkürnamə verilib.
Daha sonra “Neftçi” İK-ə bürünc, EKOL-a gümüş, “Araz-Naxçıvana” qızıl medallar təqdim olunub. Sonda “Araz-Naxçıvan”ın kapitanı Rizvan Fərzəliyevə çempionluq kuboku verilib.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


