Gəncə şəhərində Esmira Günəşin "Qürur yerimiz" kitabının təqdimatı oldu +FOTO=27

Gəncə şəhərində Esmira Günəşin "Qürur yerimiz" kitabının təqdimatı oldu +FOTO=27

Gəncə şəhərində Esmira Günəşin "Qürur yerimiz" kitabının təqdimatı oldu
 

Bu gün Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə şairə Esmira Günəşin şəhidlərə həsr etdiyi "Qürur yerimiz" kitabının təqdimatı keçirildi. Tədbiri Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur xanım açıq elan edərək, sözü millət vəkili Pərvin Kərimzadəyə verdi. Pərvin Kərimzadə şəhidlərə həsr olunmuş kitabların önəmindən danışaraq gənc şairənin könüllü fəaliyyətini təbrik edərək, yaradıcılıq uğurları arzuladıqdan sonra tədbir Esmira Günəşin çıxışı ilə davam etdi. Esmira Günəş şəhidlərə həsr etdiyi kitablar haqqında ətraflı məlumat verərək, tədbirə gələn qonaqlara təşəkkürünü bildirib. Qonaqlar birlikdə kitabın videoçarxını izləyib. Daha sonra Gəncə Regional AYB-nin üzvü şair Saleh Qurbanov çıxış edərək Esmira Günəşin şəhidlərimizin tanıdılmasındakı əziyyətindən danışıb və onun misilsiz bir iş gördüyünü bildirib. Tədbir şəhid ailələrinin çıxışları və şagirdlərin səsləndirdiyi şeirlərlə davam edib. Tədbirdə həmçinin Gəncə şəhər 2 saylı və 21 saylı məktəbin müəllim və şagird kollektivi də iştirak edirdi.

Tədbirin sonunda şairə Esmira Günəş kitablarını imzalayaraq şəhid ailələrinə təqdim edib və xatirə şəkilləri ilə tədbir yekunlaşıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020