Azərbaycan avarçəkənləri Prezident Kubokunda uğurla çıxış ediblər -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan avarçəkənləri Prezident Kubokunda uğurla çıxış ediblər -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan avarçəkənləri Prezident Kubokunda uğurla çıxış ediblər -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Azərbaycanda avarçəkmə (akademik avarçəkmə, kayak və kanoe) üzrə beynəlxalq turnir keçirilib. Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ilinə həsr olunan və Prezident Kuboku adlanan bu reqatada Azərbaycanla yanaşı, Moldova, Gürcüstan, Özbəkistan və Türkiyədən olan 100-dək gənc idmançı mübarizə aparıb. Maraqlıdır ki, 44 günlük Vətən müharibəsində azad edilən Suqovuşanda startı verilən reqataya Mingəçevirdəki Olimpiya Bazasında yekun vurulub.

 

Qeyd edək ki, reqatanın Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən ikinci günündə Azərbaycan milli komandası 3 yaş kateqoriyasında 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb. Xatırladaq ki, turnirin birinci gününü Suqovuşan su anbarında yeniyetmə və gənclər arasında 5 yaş kateqoriyasında təşkil olunmuş kayak və kanoe yarışlarında isə Azərbaycan komandası 7 qızıl, 10 gümüş və 8 bürünc medal qazanmışdı. Ümumi komanda hesabında akademik avarçəkmə yarışlarında Azərbaycan, kayak və kanoe yarışlarında isə Türkiyə idmançıları birinci olublar. Hər iki ölkənin idmançısına müvafiq kubok təqdim olunub.

 

Azərbaycan komandası reqatada ümumilikdə 9 qızıl, 12 gümüş və 12 bürünc medal əldə edib.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020