COĞRAFİYA İNSTİTUTUNUN ELMİ İŞÇİSİ TELEVİZİYADA GÜNƏŞ ENERJİSİNDƏN DANIŞIB +VİDEO
Bu xəbəri paylaş
COĞRAFİYA İNSTİTUTUNUN ELMİ İŞÇİSİ TELEVİZİYADA GÜNƏŞ ENERJİSİNDƏN DANIŞIB
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin elmi işçisi Nicat İmamverdiyev İTV kanalının “Səhər” proqramında qonaq olub.
Ümumdünya Günəş Günü münasibəti ilə bu günün təsisi və mahiyyəti haqqında geniş məlumat verən elmi işçi atmosferə atılan qazların azaldılması məqsədilə günəş enerjisindən istifadənin əhəmiyyətindən danışıb. O həmçinin Azərbaycanda bərpa olunan enerji mənbələri vasitəsilə istehsal olunan elektrik enerjisinin miqdarı, günəş enerjisi potensiallı sahələr, qurulması planlaşdırılan stansiyalar və bu istiqamətdə ölkənin qoşulduğu beynəlxalq konvensiyalar barədə də məlumat verib.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)