C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Teatrı yeni tamaşa ilə səhnəyə çıxdı +FOTO=5

C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Teatrı yeni tamaşa ilə səhnəyə çıxdı +FOTO=5

C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Teatrı yeni tamaşa ilə səhnəyə çıxdı 

 

Bu gün R. Behbudov adına Mahnı Teatrında C. Cabbarlı adına İrəvan Dövlət Azərvaycan Dram Teatrı Özbəkistanın tanınmış yazıçı-dramaturqu Qoçqar Norqobilin “Beş dul qadın və rəis” əsəri tamaşaya qoyulmuşdur.

 

Tamaşa başlamazdan əvvəl teatrın rəhbəri, respublikanın “Əməkdar mədəniyyət işçisi” İftixar Piriyev Özbəkistandan gələn qonaqları və tamaşaçıları salamladı. O bildirdi ki, bu il teatrın 140 illiyi tamam olur. Bu mövsümdə artıq ikinci pimyeranı təqdim edirik. Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə səhnələşdirilən bu tamaşa qonaqların və Azərbaycan tamaşaçısının xoşuna gələcəyindən əminik.
Millət vəkili Qənirə Paşayeva da çıxış edərək bildirdi ki, Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin daha da inkişaf etməsi, iki qardaş ölkənin daha da yaxınlaşmasına xidmət edir. Məsələn Özbəkistanda “Qaynana”, “Əhməd haradadır” və s. Kimi filimlər tərcümə olunmadan nümayiş etdirilir. Onlar hətta hansı mahnının hansı filmdən olduğunu belə əzbər bilirlər.

 

Tədbirdə bir müddət Qırğızstanda Azərbaycanın səfiri işləmiş, yazıçı-dramaturq Hidayət Orucov da iştirak edirdi

 

Teatrın baş rejissoru, respublikanın əməkdar artisti Sərvər Əliyevin hazırladığı səhnə əsəri Özbəkistandan gələn müəllifin və çıxsaylı qonaqların iştirakı və komik, maraqlı səhnə hadisələri ilə yadda qaldı.

Yaşar Zeynalov
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020