Cavadxan Qasımov: ULU ÖNDƏR HEYDƏR ƏLİYEV İDEYALARI İLƏ İNKİŞAF EDƏN NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İQTİSADİYYATI

Cavadxan Qasımov: ULU ÖNDƏR HEYDƏR ƏLİYEV İDEYALARI İLƏ İNKİŞAF EDƏN NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İQTİSADİYYATI

 

Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru

 

Azərbaycan Respublikasının davamlı və perspektivli milli iqtisadiyyat üzrə perspektivləri regional iqtisadi inkişafın da hərəkətverici qüvvəsinə çevrilməklə, etibarlı dinamika yaratmışdır. Makoriqtisadi inkişafın təmin olunması istiqamətində həyata keçirilmiş olan tədbirlər özünün elmi əsasları və gerçək nəticələri ilə müəyyən olunan hədəflərin əlçatan olmasına xidmət etmiş və uzunmüddətli iqtisadi prioritetlərin qətiyyətliliyini daha da artırmışdır. Keçən əsrin 90-cı illərinin sonlarına doğru iqtisadi formasiyaların bir-birini əvəz etdiyi zamanlarda, bazar münasibətlərinə keçidin mütərəqqi əsaslarının yaradılması, başladılmış olan islahatların davamlılığı və səmərəliliyi, yeni və şaxələndirilmiş istiqamətlərin təsisatlarının yaradılması qətiyyətli iqtisadi idarəetmənin nəticəsi olaraq mümkün oldu. Təbii olaraq, qeyd olunanlar xalqımızın ümummilli lideri, böyük Heydər Əliyevin müdrik rəhbərliyi ilə ilkin olaraq, Naxçıvan Muxtar Respublikasında reallaşaraq, bütövlükdə ölkəmizin ən təkmil iqtisadi inkişaf strategiyasına çevrilmiş oldu.

 

Keçən müddətlər ərzində Naxçıvan Muxtar Respublikasında həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində makroiqtisadi inkişafa təkan olacaq proseslər düzgün əlaqələndirilmiş, iqtisadiyyatın artan təlabatlar qarşısındakı dayanıqlılığı daha da artırılmış, nəticə etibarı ilə onun sosial mahiyyəti yüksəlmişdir. İqtisadiyyatın aparıcı sahələrinin perspektivliliyi istiqamətində təşəkkül tapan təminatlar mahiyyət etibarı ilə, zəruri infrastruktur quruculuğuna zəmin yaratmış, bu isə, fasiləsiz istehsala yol açmışdır. Əldə olunan sosial-iqtisadi uğurlar maddi və qeyri-maddi istehsal sferaları üçün etibarlılıq yaratmaqla, əhalinin rifah göstəricilərinin məmnunedci ifadəsinə çevrilmişdir. Geridə qalan illər üzrə iqtisadi artımın və müqavimətliliyin çox mühüm mexanizminə çevrilən bu amillər hazırda da yeni keyfiyyət mərhələsinin əsaslarını təşkil etməkdədir. Təbii olaraq, bütün bunlar, eyni zamanda, əsas makroiqtisadi inkişaf göstəricisi olaraq, istehsal olunan Ümumi Daxili Məhsulun (ÜDM) həcmində yerini almışdır.

 

 

Şəklin məlumatlarından aydın olur ki, muxtar respublikada makroiqtisadi inkişaf davamlı xarakterə malik olmuş və bu isə, təbii olaraq, iqtisadiyyatın sahə strukturunun müqavimətlilik göstəricisi olaraq təşəkkül tapmışdır. ÜDM-nin belə bir qərarlaşması həm də bütövlükdə, iqtisadiyyatın sosiallaşması istiqamətində əhəmiyyətli mərhələni ifadə etməkdədir. Təhlillər göstərir ki, istinad olunan illər ərzində muxtar respublikada istehsal olunan ÜDM əhalinin rifah göstəricilərinin də davamlı artım dinamikasında dayanıqlı olmuşdur. Belə ki, 2020-ci ilin yanvar-mart aylarında hər bir nəfərə düşən ÜDM-nin həcmi 1192,1 manat təşkil etmişdirsə, bu göstərici 2021-ci ilin eyni dövründə 1207,1, 2022-ci ilin həmin ayları ərzində isə 1231,4 manat olmuşdur. Müvafiq istiqamət üzrə əldə olunan uğurlar Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı üçün perspektivləri də artırmış və bununla da, müəyyən olunan iqtisadi inkişaf mərhələsi təmin olunmuşdur.

 

Xalqımızın ümummilli lideri böyük Heydər Əliyev ölkəmizdə rəhbərlikdə olduğu bütün dövrlərdə iqtisadiyyatın aparıcı sahələri üzrə məqsədyönlü tədbirlər həyata keçirilmiş, mütərəqqi layihələr və əsaslandırılmış islahatlarla daha da etibarlılıq qazanmışdır. Beləliklə, milli iqtisadiyyat üçün aktuallıq kəsb edən sahə olaraq sənayenin perspektivləri diqqəti çəkməkdədir.

 

 

Sənayenin inkişaf dinamikasına sadiq qalması, bütövlükdə Azərbaycan Respublikasında sənayeləşmə siyasətinin səmərəlilik göstəricilərindən biri olaraq çıxış etməkdədir. Hələ 2014-cü ildə ölkəmizdə “Sənaye ili” elan olunması, onun milli iqtisadiyyat üçün strateji əhəmiyyətini ifadə etməkdə idi. Həmin siyasət hazırda ölkəmizdə Sənaye Parkları və Məhəllələrinin yaradılması və bununla da, həm də, regional iqtisadi inkişafın olduca əhəmiyyətini ortaya qoymaqdadır. 2019-cu ildə isə Şərur Sənaye Məhəlləsinin yaradılması Naxçıvan Muxtar Respublikasında da sənayeləşmə siyasətinin mütərəqqi təsisatlarının yaradılmasını göstərmiş oldu. Elə həmin uğurlu addımların nəticəsidir ki, 2022-ci il muxtar respublikada “Sənaye İli” olaraq aktuallığını artırmaqdadır. Təhlillər apardıqda aydın olur ki, Naxçıvan Muxtar Respublikasında “Sənaye İli” üçün güclü baza geridə qalan illər üzrə məqsədyönlü əsaslarla yaradılmışdır. Belə ki, 2019-cu ildə muxtar respublika iqtisadiyyatında sənaye məhsulunun istehsal həcmi bir milyard manatı ötmüş və bununla da, bu sahə üzrə müəyyən hədəflər daha da əlçatan olmuşdur.

 

Təbii olaraq, sənayenin inkişaf dinamikasının artan miqyası, həm də, iqtisadiyyatın digər aparıcı sahəsi olaraq kənd təsərrüfatının da davamlı istehsal gücünə malik olduğunu göstərməkdədir. Kənd təsərrüfatı muxtar respublikanın makroiqtisadi inkişafında xüsusi çəkiyə sahibdir. Eyni zamanda, bu, muxtar respublika kəndlərinin iqtisadi inkişaf göstəricilərinin ifadəsi olmaqla, həmçinin təsərrüfatların fəaliyyətinin də səmərəliliyini göstərməkdədir.



Təhlillər nəticəsində aydın olur ki, kənd təsərrüfatı muxtar respublika iqtisadiyyatında uzunmüddətli hədəflərin reallaşmasında artım dinamikasına malik olması ilə əhəmiyyətini artırmışdır. Bunun nəticəsidir ki, keçdiyimiz illər üzrə muxtar respublikada aqrar sektorun məhsuldarlıq göstəriciləri yüksəlmiş, bu nəticə, həm də məşğulluq siyasətinin etibarlılığında özünü göstərmişdir. Bunlarla yanaşı, 2019-cu ildə Naxçıvan Muxtar Respublikasında “Ailə təsərrüfatları ili” elan olunmuşdur ki, bu da, kənd təsərrüfatında yeni keyfiyyət mərhələsinin başlanmasını göstərməkdədir.

 

Yaradılmış yeni infrastruktur sahələri, uzunməsafəli nəqliyyat kəmərlərinin çəkilməsi, kənd və xidmət mərkəzlərinin qurulması, bununla da, kəndli əməyinin stimullaşdırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi məhz Ulu Öndərin həmişəyaşar ideyalarının qürurverici ifadəsidir. Şaxələndirilmiş iqtisadi inkişafın, milli prioritetlərin və perspektivlərin hərəkətverici qüvvəsini təşkil etmiş olan bu göstəricilər makroiqtisadi artımın da təmin olunmasına istiqamətlənmişdir.

 

 

Bu sahədəki hesablamalar göstərir ki, muxtar respublika iqtisadiyyatı dövlətin sosial siyasətinin də etibarlılıq göstəricilərinin ifadəsi olmaqla təşəkkül tapmış, istehsal və xidmət sektorlarının məhsuldarlığını bir daha göstərməkdədir. Eyni zamanda, qeyd olunanlar bütövlükdə, iqtisadiyyatın təminatqabiliyyətliliyinin güclənməsinə zəmin yaratmışdır ki, bu da, öz növbəsində əhalinin alıcılıq qabiliyyətinin artırılmasına səbəb olmuşdur. Bununla da, makroiqtisadi inkişafına mühüm göstəricisi olaraq, bir işçiyə hesablanmış orta aylıq əmək haqqının məbləğində artım qeydə alınmışdır.

 

 

 

Beləliklə, Naxçıvan Muxtar Respublikası Ulu Öndər Heydər Əliyevin həmişəyaşar ideyaları ilə davamlı və dinamik inkişafını təmin etməkdədir. Bu, istər iqtisadi inkişafın, istərsə də sosial dayanıqlılığın çox zəruri mexanizmləri olaraq, çox əhəmiyyətlidir. Bütün tərəfləri ilə isə milli iqtisadiyyat üçün daha mütərəqqi nəticələr gətirməkdədir.


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020