Ulu Öndərə həsr olunmuş “Vətənlə döyünən ürək” adlı rəsm sərgisi (AZpress.AZ, Minə Türksoy, +FOTO=4)
Bu xəbəri paylaş
Ulu Öndərə həsr olunmuş “Vətənlə döyünən ürək” adlı rəsm sərgisi (AZpress.AZ, Minə Türksoy, +FOTO=4)
Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də rəssamlaırn iştirakı ilə mayın 10-da baş tutub.
Belə ki, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnurə və Aygün İsgəndərovaların təşkilatçılığı ilə layihə “Vətənlə döyünən ürək” adlı rəsm sərgisi təşkil edilib.
“EL ART” Studio təşkil edilən sərginin iştirakçıları Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra giriş sözü ilə çıxış edən Elnurə İsgəndərova sərginin keçirilməsi məqsədindən danışıb.
Qeyd olunub ki, sərgidə müxtəlif yaş qruplarından olan 70-ə yaxın rəssamın əsərləri sərgilənir: “Sərgidə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə, həmçinin onun dövlət və xalq üçün gördüyü işlərə həsr edilmiş rəsm əsərləri nümayiş olunur”.
Sonra çxış edən tədbirin dəstəkçilərindən - “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri nadir İsmayılov Ulu öndər Heydər Əliyevin dövlətimzi və xalqımız üçün misislisz xidmətlər göstərdiyini deyib. O, xalqımızın ümummilli liderinin bütün sahələrə, o cümlədən incəsənət sahəsinə, rəssamlara xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib.
Tədbirdə çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin təhsil və mədəniyyət müşaviri Tevfik Ulual türk dünyasının dahi şəxsiyyətlərindən biri olan Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə belə bir sərginin təşkilinin mühüm əhəmkiyyət ksəb etdiyini deyib. T.Ulual Heydər Əliyevin xatirəsinin Şimali Kiprdə də dərin ehtiramla yad edildiyini söyləyib.
Digər çıxışçılar da belə tədbirlərin əhəmiyyətindn bəhs ediblər. Sərgidə tanınmış rəssamlarla yanaşı Elnara isgəndərovanın , Tofiqə Əliyevanın , Arzu Məmişovanın , Təranə Musayevanın tələbələri iştirak edirdilər.
Qeyd edək ki, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Bilriyi ilə yanaşı “EL ART” Studio, “Tərxis Olunmuş Hərbiçilərin Gənclərii Maarifləndirmə ” İctimai Birliyi və “Abşeron Gənclərin İnkişafı ” İctimai Birliyi də sərginin dəstəkçiləridir.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)



