Ulu Öndər onların toyunda iştirak edib +VİDEO

Ulu Öndər onların toyunda iştirak edib +VİDEO

Ulu Öndər onların toyunda iştirak edib  

 

Azərbaycan Televiziyası Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə sənədli film hazırlayıb.

 

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Sonsuz sevgi və ehtiramla” adlı filmin qəhrəmanları Ümummilli liderin şəxsən toylarına qatıldığı Tuqay və Aygün Rzayevlər, uzun illər H.Əliyevin fotoqrafı olmuş Rafiq Bağırov, tələbə vaxtı tədbirlərdən birində Ulu Öndərin diqqətini çəkmiş Turanə Məmmədova və digərləridir. Onlar filmdə Ümummilli liderlə bağlı xatirələrini bölüşüblər.
Filmin quruluşçu rejissoru Vasif Məmmədzadə, ssenari müəllifi Afaq Əhmədova, quruluşçu operatoru Anar Dadaşov, montaj rejissoru Zurab Salmanoğlu, layihə rəhbəri Elnur Məmmədovdur.
Film bu gün saat 19:30-da AzTV-nin efirində olacaq.

“Sonsuz sevgi və ehtiramla” sənədli filmi AzTV-nin rəsmi feysbuk və yutub səhifəsində də yayımlanacaq.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020