Ulu öndərə həsr edilmiş konsert proqramı - Masallıda (AZpress.AZ, Akif Ağayev, +FOTO=5)

Ulu öndərə həsr edilmiş konsert proqramı - Masallıda (AZpress.AZ, Akif Ağayev, +FOTO=5)

 

 Masallıda Ümummilli lider Heydər Əliyevin doğum günü möhtəşəm konsert proqramı ilə qeyd olunub.

 

Masallı Rayon İcra Hakimiyyəti və Masallı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə hazırlanan musiqi tədbiri Nizami Gəncəvi adına şəhər Mədəniyyət Mərkəzində keçirilib.

 

Konsertdə rayon rəhbərliyi və digər rəsmilər, idarə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.

 

Əvvəlcə şəhidlərimizin, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

 

Ümummilli Liderin həyatı və siyasi fəaliyyətinin ölkəmizlə bağlı olan dönəminin əsas məqamlarına toxunan RİH başçısı Şahin Məmmədov görkəmli dövlət xadiminin siyasi müdrikliyi və çevikliyini xüsusi qeyd edərək, Ulu Öndərin 90-cı illərin əvvəllərindəki xaotik vəziyyət və hakimiyyət vakuumunu aradan qaldıraraq, ölkəyə stabillik gətirdiyini vurğulayıb.

 

Sonra respublikanın Əməkdar artistləri Səidə Şərifəliyeva və Yusif Mustafayev, Nəzakət Veysəlova, yerli sənətçilərdən Atamoğlan Zahid, Miriş Hüseynov, Şamo İbayev, Ruslan Zahidov və Humay Rzayevanın ifasında Ulu öndər tərəfindən sevilərək dinlənilən musiqilər səsləndirilib. “Halay” folklor Xalq ansamblı və “Masallı” rəqs qrupunun ifasında rəqs kompozisiyaları təqdim edilib.

 

Akif AĞAYEV.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020