Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü təntənə ilə qeyd olunub +FOTO=16

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü təntənə ilə qeyd olunub +FOTO=16

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü təntənə ilə qeyd olunub 

 

Xəzər rayon İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin Başçısı Elşən Salahov, millət vəkili Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Baş İdarənin rəisi İbrahim Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Qonaqlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini yad ediblər.
Mədəniyyət Sarayının foyesində təşkil olunmuş sərgi ilə tanış olan tədbir iştirakçıları burada “Şuşa ili”nə həsr olunmuş guşəyə baxıb, muğam üçlüyünün ifasını dinləyiblər.

 

Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə ümummilli lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.
Bədii hissədə qonaqlar Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərovun, tanınmış müğənnilər, Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, Prezident təqaüdçüsü Pərviz Qasımovun, Rüfət Axundovun, Sadiq Məmmədovun, “Şeron” və “Cahan” qruplarının çıxışlarını, “Azad” rəqs qrupunun ifasında “Cəngi” rəqsini, “Lalələr” rəqs qrupunun ifasında “Durnalar” rəqsini izləyiblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020