Masallının 5 məktəblisi Respublika fənn olimpiadasının medalçısıdır (AZpress.AZ, Akif Ağayev)

Masallının 5 məktəblisi Respublika fənn olimpiadasının medalçısıdır (AZpress.AZ, Akif Ağayev)

Masallının 5 məktəblisi Respublika fənn olimpiadasının medalçısıdır (AZpress.AZ, Akif Ağayev)

 

2 qızıl, 3 bürünc medal ...

 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turuna yekun vurulub.

 

“Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilən olimpiadanın final turunda 300-dən artıq şagird iştirak edib.

 

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsində şagirdlərə açıq tipli tapşırıqlar və 3 saat vaxt verilib

 

Olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

 

Fənn olimpiadalarının yekun nəticələrinə əsasən Masallı rayonunun Sığıncaq kənd M.Qarayev adına tam orta məktəbin 10-cu sinif şagirdi Rövnəq Cəfərov, Mahmudavar kənd tam orta məktəbin 9-cu sinif şagirdi Əli Həşimov coğrafiya fənni üzrə birinci, Sığdaş kənd tam orta məktəbinin 11-ci sinif şagirdləri Gülsabah Əbilova Azərbaycan dili fənni üzrə, Sadiq Musayev tarix fənni üzrə, Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Əliyev coğrafiya fənni üzrə üçüncü yerə layiq görülüblər.

 

Akif AĞAYEV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020