Ankarada Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş konsert keçirilib - FOTO

9 may 2022-ci il tarixində Ankara şəhərində yerləşən Cumhurbaşkanlığı Simfoniya Orkestrinin konsert zalında Ümummilli lider Heydər Əliyevin 99-cu  doğum ildönümünə həsr olunmuş konsert proqramı keçirilmişdir. Azərbaycan Respublikasının Türkiyə Respublikasindaki Səfirliyinin təşkilatçılığı ilə baş tutan konsertdə İstanbulda yaşayan məşhur azərbaycanlı pianoçu və dirijor, Azərbaycanın əməkdar artisti Turan Manafzadənin rəhbərliyi ilə "Turan" orkestri və solist Elgün Quliyev çıxış etmişdir.


Konsertdə səfir Rəşad Məmmədov, Türkiyə - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım və Azərbaycan Respublikası Milli Məclisinin Türkiyə ilə əməkdaşlıq üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov çıxış edərək konsertə gələnləri salamlamış, Ümummili liderin əziz xatirəsini yad etmişlər.


Anşlaqla keçən konsertdə Azərbaycan klassik musiqisinin inciləri və Ümummilli lider Heydər Əliyevin sevdiyi xalq və bəstəkar mahnıları səsləndirilmişdir.


Konsertə Türkiyə ictimaiyyətinin də marağı böyük olmuş, Türkiyə Respublikasının Prezidenti Administrasiyasının vəzifəli şəxsləri, digər dövlət və hökumət rəsmiləri, diplomatik korpus təmsilçiləri, iş adamları, diaspor və mətbuat nümayəndələri geniş tərkibdə iştirak etmişdir.


Konsertin təşkil olunduğu Cümhurbaşkanlığı Simfoniya Orkestrinin foyesində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi də nümayiş etdirilmişdir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020