Binəqədi Gənclər Evində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş tədbirlər keçirilib - FOTO

Bütün ömrünü Azərbaycana həsr edən, müasir və müstəqil Azərbaycan tarixinin qızıl səhifələrini yazan, qurtuluş, inkişaf, milli tərəqqi salnaməsini açan Ümummilli lider - Heydər Əliyev.


O, Azərbaycanın taleyində həm də saysız-hesabsız müsbət istisnaların müəllifi, milli dövlətçiliyimizin simvolu, müstəqilliyimizin banisidir.


Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Binəqədi Gənclər Evində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş, “Sən elə bir zirvəsən”adlı musiqili-bədii tədbir, “Öndərin yolu” filmi, “Məktəblilər arası şahmat” turniri , “Nə? Harada? Nə zaman?” İntellektual oyunu, “Məktəblilər arası voleybol” çempionatı, “Futbol” çempionatı, “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda inşa və onlayn formatda videomüsabiqə keçirilib.


Təşkil olunan tədbirlərdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev,  “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova və 230-dan çox  gənc iştirak edib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020