Kişi cüdoçulardan ibarət yığmamız dünyada birincidir -İNTİQAM təqdim edir (AZpress.AZ)

Kişi cüdoçulardan ibarət yığmamız dünyada birincidir -İNTİQAM təqdim edir (AZpress.AZ)

Kişi cüdoçulardan ibarət yığmamız dünyada birincidir -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Cüdo üzrə kişilərdən ibarət yığma komandamız cari məvsümdə qazanılan medalların sayına görə dünyada birincidir. Azərbaycan Cüdo Federasiyasının yaydığı məlumata görə, müxtəlif yaş kateqoriyalarında kişilərdən ibarət yığmamız bu ilin əvvəlindən indiyə qədər avrokuboklarda və digər beynəlxalq yarışlarda 25-i qızıl, 16-sı gümüş və 26-sı bürünc əyarlı olmaqla ümumilikdə 67 medal qazanıb ki, bu da kişi yığmamıza bəlli göstərici ilə dünyada birinci olmaq imkanı verib. Medalların saytına və əyarına görə ikinci yeri Fransa (24-20-41), üçüncü yerisə Gürcüstan (14-12-19) tutur. Qeyd edək ki, Azərbaycan Fransanı yalnız bir qızıl artıq qazanmaqla geridə qoyub.

 

Azərbaycanın cüdo üzrə milli yığma komandası (kişi və qadın birlikdə) ümumi komanda sıralanmasında isə üçüncüdür. Qeyd edək ki, Azərbaycan yığması ilin əvvəlindən indiyədək 27-si qızıl, 19-u gümüş, 31-i isə bürünc əyarlı olmaqla 77 medal qazanıb. Bu göstəriciyə görə birinci yeri Fransa (55-47-103), üçüncü yeri isə Braziliya (28-15-11) tutur. Sıralanmada 4-cü yeri isə Özbəkistan (26-23-46) tutur.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020