“II Xarıbülbül” rəsm və əl işlərindən ibarət Ümumrespublika yaradıcılıq müsabiqəsi keçirilib +FOTO=40
Bu xəbəri paylaş
“II Xarıbülbül” rəsm və əl işlərindən ibarət Ümumrespublika yaradıcılıq müsabiqəsi keçirilib
11 May tarixində AMEA-nın Dendrologiya İnstitutunda Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası və Dendrologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Şuşa ili” çərçivəsində “II Xarıbülbül” rəsm və əl işlərindən ibarət yaradıcılıq müsabiqəsi keçirilib.
Müsabiqənin təşkil edilməsində məqsəd Vətən müharibəsində Azərbaycan ordusunun nümayiş etdirdiyi şücaəti gənc rəssamların gözü ilə hər kəsə çatdırmaq olub. Müsabiqənin ana xəttini gənclərdə vətənə məhəbbət hisslərinin gücləndirmək, vətən torpağının təbiətini, səfalı yaylaqlarını və meşələrini təsvir etmək olub. Tədbirdə könüllü yeniyetmələr ən çox 3 əsər təqdim etməklə iştirak ediblər. Seçim zamanı əl işlərinə kənar müdaxilənin olmaması, həmçinin kompozisiyanın motivi və ideyası əsas götürülüb.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canını fəda edərək üç rəngli bayrağımızı düşməndən azad olunan torpaqlarda dalğalandırılan Şəhidlərimizin ruhunu bir dəqiqəlik sukutla anılaraq, dövlət himni səsləndirilib.
Tədbirin aprıcısı AMEA Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Hİk- sədri Tünzalə Zeyvəliyeva qəhrəmanlıqları ilə dastan yazan igid oğullarımızı yad etmək, xatırlatmaq hər bir vətəndaşın üzərinə düşən ən müqəddəs vəzifə olduğunu bildirib. O. Ərazi bütövlüyümüzün təmin olunması uğurunda gedən döyüşlərdə iştirak edən qəhrəmanların ömür yolu, vətən sevgisi hər bir vətəndaşda vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynamasını qeyd edib.
Tədbirdə AMEA-nın prezidenti, akademik Arif Həşimov öz çıxışında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən bəhs etmişdir. Belə tədbirlərin keçirilməsinin gənclərin asudə vaxtlarında, intelektual səviyyələrini inkişaf etdirmələrində böyük dəstək olduğunu qeyd etmiş, gənclərin, orta məktəb şagirdləri və məktəbəqədər uşaqların vətənə məhəbbət hisslərini aşılamaq, dünyagörüşlərinin formalaşmasında maarifləndirici xarakterli belə tədbirlərin keçirilməsini dəstəklədiyini qeyd etmiş, yaradıcı gənclərə uğurlar arzulamışdır.
Bakı Şəhər İcra Hakimiyyəti Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxışında Ulu Öndər Heydər Əliyev Qarabağın tacı olan Şuşa şəhərinin hər bir azərbaycanlı üçün dəyərini qiymətləndirərkən dediyi sözü xatrılatmışdır. “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur!” Bu, Şuşanın bizim üçün nə dərəcədə dəyərli olduğunun bariz nümunəsi idi. Azərbaycan xalqı otuz ilə yaxın müddət ərzində işğal altında olan Şuşanın həsrəti ilə yaşadı, lakin bu ədalətsizliklə barışmadı. “İnanırıq ki, 2022-ci ilin “Şuşa İli” elan edilməsi 270 illiyi qeyd olunacaq doğma Şuşa şəhərimizin daha da çiçəklənməsinə, tamamilə bərpa olunmasına, əvvəlki gözəlliyinin və möhtəşəmliyinin geri qaytarılmasına, yenidən Azərbaycanın mədəniyyət paytaxtına çevrilməsinə təkan verəcək.” Çıxışının sonunda belə tədbirlərin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova bildirib ki, gənclərin asudə vaxtlarında intellektual səviyyələrini inkişaf etdirmək üçün bu cür müsabiqələrin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. “II Xarıbülbül” mövzusunda müsabiqə formatında uşaq və gənclərin inkişafının təşviqi, ekoloji mədəniyyətinin formalaşdırılmasında yaradıcılığa cəlb edilməsi, onlarda vətənə, elmə, təbiətə maraq yaratmaqla, belə tədbirlərin təşkilinin çox sevindirici hal olduğunu vurğulayıb. “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi. 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə nəticələndi. Vətən müharibəsinin hər gününü Azərbaycan tarixinə şərəfli bir gün kimi yazaraq igid oğullarımız dayanmadan irəliyə getdi. Qarış-qarış azad edilmiş doğma torpaqlarımızda müqəddəs üçrəngli Azərbaycan bayrağı dalğalandı. 28 illik həsrətdən sonra azadlığına qovuşan Şuşanı Xilaskar İlham Əliyev belə dəyərləndirdi: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir!”.
AMEA-nın Dendrologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov İnstitutun təşkilatçılığı ilə silsilə olaraq təşkil edilən əyləncəli, metodik layihələrdən danışmışdır. Azərbaycanı gənc nəslə tanıtmaq, II Vətən müharibəsində həmrəylik və birliyimizin qorunmasını, vətən uğrunda fədailik və şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızı tərənnüm etmək, gənc rəssamların bacarıqlarını inkişaf etdirmək məqsədi ilə belə tədbirlərin təşkilini davam etdiriləcəyini vurğulamışdır.
Qeyd edək ki, müsabiqəyə “II Xarıbülbül” müsabiqəsinə ideası, rəng seçimi və kompozisiyaların motivi əsas götürüməklə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından, AMEA-nın müxtəlif İnstitututlarından, Lənkaran-Astara, Gəncə, Qazax və s. müxtəlif bölgələrin orta ümümtəhsil mərkəzlərindən gənc və yeniyetmələrin 400-dək rəsm və əl işləri daxil olmuşdur.
Çıxışlardan sonra müsabiqənin Təşkilat Komitəsi qaliblərin adlarını açıqlayıb, ilk üç yerin qalibinə diplomla bərabər pul mükafatları təqdim olunub.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)







































