Tahirə Bədəlova : “İLƏ BƏRABƏR GÜN”
Bu xəbəri paylaş
“İLƏ BƏRABƏR GÜN”
Son iki gündə içimdə qürurmu deyim, sevincmi deyim, qarışıq bir hiss var.
Yəni fikirləşirəm ki, deyirlər bu texnika əsri doğmalığı, mehribançılığı məhv edir, adamların kitaba, sənətə baxışını heçə endirir, oxuma, dinləmə həvəsin azaldır və.s..
Yox!
Həyat, yaşamaq başqa bir şeydir. Insanın daxili aləmiylə öz arasında daima bir mübarizə gedir. O mübarizə səni yaxşıya da, pisə də yönləndirə bilər. Sənin yaşantıların, kədərin küsdürə bilər, həyatını mənasızlaşdırar, bədbinləşdirər. Bəzən isə sənin dünyaya baxışın, insanlara verdiyin dəyər, sevgi, cəmiyyətdə baş verən hadisələr, torpağına olan bağlılıq, vətənində baş verən xoşagəlməzlikləri özününkü etmək səni “o iç dünyandan” aralaşdırır, özününkü edir. Artıq sən şəxsi deyil, hamının olur, onların sevincilə sevinir, kədərilə kədərlənirsən. Bu isə başqa bir şeydir, başqa bir zövqdür. Bir könül sevindirmək, bir dilək tutmaq, bir gözdən axan yaşı silmək, bir ahılın çəliyi olmaq, xiyabanda, məzar başında, soyuğu hiss etməyən ananın çiyninə pencək salmaq, şəhid bacısının iradından inciməməyin nəyi pisdir ki!..
Bax bu müsbət auranı, hissləri mənə verən, mənə müsbət mənada təsir edən əsərlərin oxuduğum, fikirlərinə şərik olub, təsdiqlədiyim, dünya görüşlü, yüksək savada, ftri isteda malik olan insanları tanımağımdır.
Dedim axı iki gündür özümü çox yüksək əhvalda hiss edirəm.
Səbəb, mənim çox hörmətlə yanaşdığım, dəyər verdiyim insanlarla olan görüşümdür. Bilirsiniz, adam özün nə vaxt rahat, özünəinamlı, bir qədər qayğısız hiss edir?!
Ona dəyər verəndə, qiymətləndirəndə, qayğı hiss edəndə və bu kimi hallar.
Bax mən həmin gün bu səbəblərdən məmnun idim. Gözümdən, baxışımdan bir razılıq, rahatlıq, xoş əhvallıq oxunurdu.
Qonağım Lilpar xanım Cəmşidqızı, həyatda öz sözün lazımınca demiş, dəyərli əsərlər müəllifi Eyruz Məmmədov və çox maraqlı əsərlər müəllifi, tərcüməçi Arif Ərşad idi.
Həqiqətən, belə dünyagörüşlü insanlarla söhbət etmək, onları dinləmək, münasibət bildirmək özü də bir məsuliyyət, riskdi. Çünki, sənin də müəyyən qədər bazan olmalıdır. Sağ olsunlar, övladlarım bir az mənə dəstək oldular.))
Bu insanların yazmaq istəklərinin belə yüksək olması, yaradıcılıq məhsuldarlığının zənginliyi məni həm təəccübləndirir, həm də, yaxşı mənada, bir az qısqanclıq yaradır. Çünki sən də nə isə edə bilərsən, ancaq tənbənliyin qoymur, baxımından.
Lilpar xanımın yüksək istedadla öz qəzəllərin səsləndirməsi, vallah, adam ona laiq söz tapmır desin! Qadın olasan, belə gözəl mövzularda qəzəl ortaya çıxarasan, “Divan”ı nəşir etdirəsən, böyük hünərdi!
Bir- birimizi yaxından tanıdıq, söhbətimiz müxtəlif istiqamətə yönəlsə də, sonda yenə də yaradıcılığa aid mövzularda sonlanırdı.
Sənətdən, şeirdən danışdıq, arada Qubadlımızı, oradakı adətlərimizi, o gözəl yerlərimizi də yad etdik. Mənə kitabların hədiyyə etdilər. Çox dəyər verdiyim, sevdiyim bir pay. Bir dəfə də qeyd etmişdim. Yazarın özü mənə kitabın hədiyyə edirsə, bu mənim üçün qiymətsiz paydır.
Həqiqətən bu insanlarla bir məclisdə oturmaq, dərdləşmək, yaxından tanış olmaq mənəvi qida, həyata inamdır, yaşamaqdır.
Bir daha, mənə bu gözəl anları yaşatdıqlarına görə Lilpar xanıma, Eyruz müəllimə, Arif müəllimə ailəm adından, öz adımdan təşəkkür edir, minnətdarlığımı bildirirəm.
Var olun! Allah həmişə yardımçınız olsun!
Sonda Lilpar xanımın təşəbbüsüylə bir xatirə şəkli çəkdirdik.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)





