Yeniyetmə güləşçilərimiz Türkiyədə keçirilən "Viktory cup"da 23 medal qazanıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Yeniyetmə güləşçilərimiz Türkiyədə keçirilən "Viktory cup"da 23 medal qazanıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)
Türkiyənin Antalya şəhərində yeniyetmə (U-17) güləşçilər arasında keçirilən və Azərbaycan güləşçilərinin də iştirak etdiyi ənənəvi “Victory cup” turnirinə yekun vurulub. Azərbaycan Güləş Federasiyasından aldığımız məlumata görə, yarışın son günündə yığmamızın üzvləri 11 medal qazanıblar ki, bunlardan da 5-i qızıl, 3-ü gümüş və 3-ü bürünc medal olub.
Yunan-Roma güləşində Fəraim Mustafayev (55 kq) və Seymur Qasımov (65 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq, çempion olub. Əli Əlizadə (65 kq) ikinci, Tural Əhmədovla (55 kq) İsmayıl Rzayev (80 kq) isə üçüncü yeri tutub. Ümumilikdə turniri 3 qızıl, 4 gümüş və 3 bürünc medalla başa vuran yığmamız komanda hesabında 1-ci yeri tutub.
Sərbəst güləşdə Vasif Bağırovla (48 kq) İlyas İsayev (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız həlledici finalda məğlubiyyətlə üzləşən Şəmistan Axundov (80 kq) ikinci yeri tutmaqla, gümüş medalla kifayətləınib. Ümumilikdə 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə edən millimiz komanda hesabında 3-cü yeri tutub.
Qadın güləşində sonuncu gündə 1 dəst medal qazanılıb. Elvina Kərimzadə (43 kq) çempion olub. Ruzanna Məmmədova (49 kq) ikinci, Fatimə İsayeva (65 kq) isə üçüncü pillədə qərarlaşıb. Yekunda 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib çıxan yığmamız komanda hesabında 3-cü yeri tutub.
Beləliklə, 3 gün davam edən turnirdə güləşçilərimiz ümumilikdə 23 (7 qızıl, 7 gümüş, 9 bürünc) medal qazanıb.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)