Məmmədyarov Firucayla sülh bağlasa da ... -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Məmmədyarov Firucayla sülh bağlasa da ... -İNTİQAM təqdim edir (AZpress.AZ)
Rumıniyanın paytaxtı Buxarestdə azərbaycanlı qrossmeyster Şəhriyar Məmədyarov da daxil olmaqla planetin 10 güclü şahmatçısının mübarizə apardığı "Superbet Chess Classic" turniri davam edir. Mükafat fondu 350 min dollar təşkil edən və dairəvi sistem üzrə keçirilməklə 9 turdan ibarət olan turnirdə 6-cı tura da yekun vurulub. Hesabat turunda Məmmədyarov Fransa təmsilçisi Əlireza Firuca ilə qarşılaşıb. Görüş 96-cı gedişdə heç-heçə bitib. Məmmədyarov aktivinə 0,5 xal yazdırsa da, bu onun son pillədən uzaqlaşmasına bəs etməyib. O, əvvəlki kimi yenə də sonuncu pillədə qərar tutub. Yarış cədvəlinə hərəyr 4 xal olan Uesli So ilə Levon Aronyan (hər ikisi ABŞ) şərikli liderlik edir.
Turnirin başa çatmasına 3 tur qalır. Bu gün keçiriləcək 7-ci turda Məmmədyaro rusiyal Yan Nepomniyaşiylə qarşılaşacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)