4 nömrəli uşaq incəsənət məktəbi hesabat konserti təqdim edib +FOTO=12

4 nömrəli uşaq incəsənət məktəbi hesabat konserti təqdim edib +FOTO=12

4 nömrəli uşaq incəsənət məktəbi hesabat konserti təqdim edib 

 

Mayın 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 4 nömrəli uşaq incəsənət məktəbi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş hesabat konserti keçirib.

 

Tədbirdə Baş İdarənin rəisi İbrahim Əliyev, Xalq artisti Mübariz Tağıyev, uşaq musiqi və incəsənət məktəblərinin rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Konsert zamanı məktəb şagirdlərinin ifasında A.Gəray, T.Quliyev, N.Əliverdibəyov, F.Şopen, D.Xisaisi, Ü.Hacıbəyli kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib, “Leyla” rəqs kollektivinin ifasında rəqslər təqdim olunub.

 

Həmçinin tədbirdə istedadlı şagirdlərin rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020