Opera və Balet Teatrında C.Puççininin "Madam Batterflyay" operasının tamaşası keçiriləcək

Mayın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı C.Puççininin “Madam Batterflyay“ operasının tamaşası keçiriləcəkdir. Dünya opera sənətinin ən dəyərli nümunələrindən biri olan “Madam Batterflyay“ azərbaycanlı  operasevərlərin də böyük maraq göstərdikləri klassik tamaşalardan biridir. Opera gənc yaponiyalı qeyşanın amerikalı hərbiçiyə faciəvi məhəbbətindən geniş mənada isə Qərb  və Şərqin mədəni ənənələrinin uyuşmazlığından bəhs edir.


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tamaşada əsas partiyanı – Çio-Çio-San partiyasını ifa etmək üçün Musa Cəlil adına Tatarıstan Akademik Opera və Balet Teatrının aparıcı solisti, Tatarstanın Əməkdar artisti, Tatarstan Respublikasının Q.Tukay adına Dövlət mükafatı və vokalçıların Beynəlxalq müsabiqələrinin laureatı Gulnora Qatinanı dəvət etmişdir.
 

Tamaşada həmçinin Azərbaycanın Əməkdar artistləri Azər Zadə (Pinkerton), Səbinə Vahabzadə (Suzuki), Əliəhməd İbrahimov (Qoro), Tural Ağasıyev (Yamadori), solistlər Mahir Tağızadə (Şarples), Tələt Hüseynov (Bonza) və b. çıxış edəcəklər.
 

Opera tamaşasını Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlov idarə edəcəkdir.  
 
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020