Ağdamda qoyun otaran şəxs minaya düşdü

Ağdamda qoyun otaran şəxs minaya düşdü 

 

Ağdam sakini minaya düşüb.

Ağdamın Çəmənli kənd sakini, 1982-ci il təvəllüdlü Bəxtiyarov Rəşad Murtuza oğlu qoyun otaran zaman mina partlayıb.

Onun xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

 

X X X

 

Ağdam rayon prokurorluğundan verilən xəbərə görə, aparılmış araşdırmalarla kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah sursatın partlaması nəticəsində aldığı ağır dərəcəli bədən xəsarətlərindən ölməsi müəyyən edilib.

 

Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020