M1, M2 və M4 magistral avtomobil yollarında 8 yerdə keçidlər inşa edilir (+FOTO=9, +VİDEO)

M1, M2 və M4 magistral avtomobil yollarında 8 yerdə keçidlər inşa edilir (+FOTO=9, +VİDEO)

 

Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriştapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

 

Bu tədbirlər çərçivəsində magistral avtomobil yollarının Bakı şəhərinə yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.

 

Sözügedən piyada keçidləri vətəndaşların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

 

Bu çərçivədə M1, M2M4 magistral avtomobil yollarında 8 yerdə keçidlər inşa edilir:
1. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21,28 46-cı km-lik hissəsində;
2. Bakı-Ələt- Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 25-ci km-lik hissəsində;
3. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 18.5, 20, 21.5 25-ci km-lik hissəsində.

 

İnşası aparılan və tikintisi nəzərdə tutulan yerüstü piyada keçidləri yüngül konstruksiyalıdır. Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası nəzərdə tutulur.

 YOLUNUZ AÇIQ OLSUN...

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020