Masallılı güləşçi Victory cup turnirində gümüş medal qazanıb (AZpress.AZ, Akif Ağayev, +FOTO=2)

Masallılı güləşçi “Victory cup” turnirində gümüş medal qazanıb (AZpress.AZ, Akif Ağayev, +FOTO=2)

Masallılı güləşçi “Victory cup” turnirində gümüş medal qazanıb (AZpress.AZ, Akif Ağayev, +FOTO=2)

 

 

Türkiyənin Antalya şəhərində yeniyetmə (U-17) güləşçilər arasında “Victory cup” turnirinə yekun vurulub.

 

Ənənəvi yarışda Türkiyə, Azərbaycan, Qazaxıstan, Gürcüstan, İran və Fransadan ümumilikdə 344 idmançı iştirak edib.

 

Turnirdə qadınlar arasında sərbəst güləş idman növü üzrə əslən Masallıdan olan, yeniyetmələrdən ibarət ölkə yığmasının 16 yaşlı üzvü Ruzanna Məmmədova (49 kq) ikinci yerə layiq görülərək gümüş medala sahib olub.

 

Məlumat üçün bildirək ki, qızlar arasında ölkəmizi 6 güləşçi təmsil edib. 1 qızıl, 1 gümüş, 2 bürünc medala sahib çıxan qadın güləş yığmamız komanda hesabında 3-cü yeri tutub.
3 gün davam edən turnirdə yunan-Roma və sərbəst güləşçilərimiz ümumilikdə 23 (7 qızıl, 7 gümüş, 9 bürünc) medal qazanıb.

 

Akif AĞAYEV,

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020