"YAŞAT" Fondu və Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası "Çiyin-çiyinə bir yumruq kimi" layihəsini reallaşdırır

12 may tarixində 50-ə yaxın müharibə əlili Türkiyənin Alanya şəhərinə səfər edib.


Məqsəd  "YAŞAT" Fondunun və "Azərbaycan Hava Yolları" QSC-nin dəstəyi , Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının (ƏAQF) və “Alanyaspor” futbol  klubunun  birgə təşkilatçılığı ilə reallaşdırılan  “Çiyin-çiyinə bir yumruq kimi” layihəsində iştirakdır.


19 may tarixinə qədər davam edəcək layihə çərçivəsində qazilərimizin “Alanyaspor” futbol  klubunun prezidenti ilə görüşü, həmçinin şəhərin müxtəlif tarixi və mədəni yerləri ilə tanışlığı nəzərdə tutulur. Qeyd olunan müddətdə mədəniyyətlərin və təcrübələrin  mübadiləsi məqsədi ilə müxtəlif tədbirlər təşkil olunacaq.


Səfər çərçivəsində qazilərimiz "Alanyaspor-Qaziantepspor"  futbol maçını canlı izləmək imkanı əldə edəcəklər.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020