Dövlət Teatr Muzeyində növbəti ustad dərsi təşkil olunub (AZpress.AZ, İ.Rüstəm, +FOTO=7)

Dövlət Teatr Muzeyində növbəti ustad dərsi təşkil olunub (AZpress.AZ, İ.Rüstəm, +FOTO=7)

 

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində mütəmadi olaraq müxtəlif mövzular ətrafında maarifləndirici proqramlar həyata keçirilir. Proqram çərçivəsində müasir gənclərin düşüncə hüdudlarını genişləndirmək, yaradıcı və innovativ potensiallarını üzə çıxarmaq və cəmiyyətin müxtəlif sahələrində fəal iştirakına təkan vermək məqsədilə “Mən və incə sənət” adlı ustad dərsləri keçirilir. Növbəti ustad dərsi 12 may 2022-ci il tarixində ekspert, sənət bilicisi Mirzə Talıbovun iştirakı ilə sənət əsərlərinin və əntiq əşyaların araşdırılması mövzusunda təşkil olundu. Layihənin əsas hədəfi gənclərimizə rəsm əsərlərinə fərqli rakurslardan yanaşmanı aşılamağa, onlarda bu bacarıqları üzə çıxarmağa və inkişaf etdirməyə yönəlmişdir.

 

Muzeyi ziyarət edən gənclər tədbir öncəsi ekspozisiya ilə tanış oldular. Daha sonra onlara dünyanın məşhur muzeylərində sərgilənən müxtəlif eksponatlardan ibarət slaydlar nümayiş olundu və muzey əşyalarının növləri, xarakteristikası, tarixi, materialı, texnikası, orijinallığı, stil və janrının təhlili ətrafında geniş müzakirələr aparıldı. Həmçinin iştirakçıları maraqlandıran suallar ekspert tərəfindən ətraflı şəkildə cavablandırıldı. Ustad dərsinin auditoriyası Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrindən, muzey əməkdaşlarından və media nümuyəndələrindən ibarət idi.

 

Bu qəbildən olan ustad dərslərimiz davam etdiriləcək.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020