Yeni qərara əsasən duş qəbul etməyin vaxtı 4 dəqiqə azaldıldı

Yeni qərara əsasən duş qəbul etməyin vaxtı 4 dəqiqə azaldıldı 

 

ABŞ-ın Los-Anceles şəhərində quraqlıqla mübarizə çərçivəsində şəhər sakinlərinə duş vaxtını 4 dəqiqə azaltmaq tövsiyə edilib.

Bələdiyyə sədri Erik Qarsetti iyunun 1-dən duş qəbul edənlərin və müəssisələrinin həyətində suvarma işləri həyata keçirənlərin sərt məhdudiyyətlərlə qarşılaşacağını deyib..

İqlim böhranı ilə mübarizə çərçivəsində ABŞ-ın Los-Anceles şəhərindəki quraqlıq gündən-günə daha da pisləşdiyi üçün yeni ehtiyat plan açıqlanıb.
Bildirilir ki, şəhər sakinlərinə həftədə iki gün bağlarını sulamağa icazə veriləcək.

İqlim böhranı ilə mübarizə çərçivəsində həmçinin dişlərin fırçalanması və təraş edilməsində də sudan qənaətlə istifadə edilməsi tövsiyyə edilib.

Bələdiyyə Başçısı Qarsetti də insanlara bağlarındakı otları daha az su tələb edən bitkilərlə əvəz etmələrinin vacib olduğunu bildirib.

Qəbul edilən qərarlar Los Anceles Şəhər Şurası tərəfindən qəbul edilir və iyunun 1-dən etibarən həyata keçiriləcək.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020