"Qarabağ" və "Sumqayıt" oyununda dava düşdü

"Qarabağ" və "Sumqayıt" oyununda dava düşdü 

 

"Qarabağ" və "Sumqayıt" komandaları arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XVI turundan təxirə salınmış oyundan sonra insident baş verib.

Final fitindən sonra "köhlən atlar"ın futbolçusu Qara Qarayev rəqib oyunçu Dmitri Nağıyevlə mübahisə edib.

Daha sonra "gənclik şəhəri" təmsilçisinin müdafiəçisi Vüqar Mustafayev hadisəyə qarışıb. Komanda yoldaşları futbolçuları çətinliklə sakitləşdirib.

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020