"Yaponiya Mədəniyyət Festivalı"

Yaponiyanın Azərbaycandakı Səfirliyi 2022-ci ildə Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümü münasibətilə silsilə tədbirlərə davam edir və bu ilin ilk böyük və bütün ictimaiyyət üçün açıq olan tədbirində (giriş sərbəstdir) hamını görməkdən məmnun olardı!


15 may saat 13:00-19:00 arasında Landmark oteli Qaya Zalında (Ünvan: Nizami 90 A) “Yaponiya Mədəniyyət Festivalı” keçiriləcəkdir. Tədbir Yaponiya Səfirliyi və Yaponiya Mədəniyyət Festivalı Təşkilat Komitəsinin (Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, 225 saylı orta məktəb, “Yapon.az” Yapon dili və Mədəniyyəti Mərkəzi) birgə təşkilatçılığı, Landmark Baku və JTI Azərbaycan şirkətlərinin dəstəyi ilə həyata keçiriləcəkdir. 


Tədbirdə Yaponiya ilə bağlı müxtəlif qurumların iştirakı ilə Yaponiya mədəniyyət nümunələri stendləri, qurumların Yaponiya ilə əlaqəli əl işlərinin nümayişi və Yaponiya ilə əlaqədar müxtəlif səhnə çıxışlarının olması planlaşdırılır.


Yaponiya mədəniyyəti və Yaponiya ilə bağlı stendlər, iştirakçı qurumlar haqqında məlumat üçün buraya nəzər sala bilərsiniz.


Tədbir boyu baş tutacaq səhnə çıxışları, yapon mahnıları, rəqsləri, səhnəciklər haqqında məlumata buradan baxa bilərsiniz.


Tədbirin posterini bu linkdən yükləmək mümkündür.


Bakıda Yaponiyanı yaxından hiss etmək üçün şansı əldən qaçırmayın!


Əlavə məlumat üçün Yaponiya Səfirliyi ilə əlaqə saxlaya bilərsiniz.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020