Bakı Musiqi Akademiyasında fortepiano fakültəsinin müəllimlərinin konserti baş tutdu (AZpress.AZ, İ.Nəriman, +FOTO=8)

Bakı Musiqi Akademiyasında fortepiano fakültəsinin müəllimlərinin konserti baş tutdu (AZpress.AZ, İ.Nəriman, +FOTO=8)

 


11 may 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın “İxtisas-fortepiano” kafedrası müəllimlərinin Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konserti keçirildi.

 

Qeyd etmək lazımdır ki, konsert proqramı xüsusi zövqlə seçilmişdir. Belə ki, rəngarəng konsert proqramında F.Pulenkin İki fortepiano üçün sonata, L.Cəfərovanın "Bir Xəzər əfsanəsi" baletindən "Adajio", "Rüstəmin Turana atlarla çapması", K.Quastavinonun "Romans", A.Marquezin N°2 "Danzón", Ü.Hacıbəylinin "Fantaziya" (№2, I hissə), “Arazbarı” və “Cəngi”, A.Piazzolanın “Adios Nonino”, V.A.Mosartın “Sonata” (D dur KV 381), Sevda Məmmədlinin “Vətən uğrunda” uvertürası əsərləri səsləndirildi.

 

Konsertdə Əməkdar artisti Elnarə Kəbirlinskaya, Əməkdar müəllimlər Kəmalə Mirbabayeva, Arzu Məmmədova, dosent Nərgiz Salmanlı, baş müəllimlər Sevda Babazadə, Nərgiz Nəzərova, Zərif Kərimova, Sevda Məmmədli və Beynəlxalq müsabiqələr laureatı Vüsalə Babayevanın ifası dinləyicələrin yaddaşında uzun müddət qalacaq xoş təəssürat buraxdı.
Təntənəli konsert tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.

 


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020