Məmmədyarov bir qələbə ilə autsayderlikdən uzaqlaşıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarov bir qələbə ilə autsayderlikdən uzaqlaşıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Rumıniyanın paytaxtı Buxarestdə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da daxil olmaqla 10 zəka sahibinin iştirakı ilə keçirilən "Superbet Chess Classic" beynəlxalq şahmat turniri artıq finişə yaxınlaşır. Dünən turnirdə 7-ci tura yekun vurulub. Tur Məmmədyarov üçün uğurlu olub. Beləki rusiyalı Yan Nepomniyaşiy ilə qarşılaşmadan qalib ayrılan Məmmədyarov aktivindəki xalların sayını 3-ə çatdırıb ki, bu da şahmatçımıza 7-ci pilləyə qalxmaqla utsayderlikdən uzaqlaşmaq imkanı verib. Mükafat fondu 350 min dollar təşkil edən turnidə bu gün 8-ci turun partiyaları oynanılacaq. Bu turda Məmmədyarov ABŞ təmsilçisi Lenyer Dominqeslə qarşılaşacaq.

 

Geridə qalan 7 turdan sonra yarış cədvəlinə hərəyə 4,5 xal toplayan Uesli So ilə erməni Levon Aronyan (hər ikisi ABŞ) şərikli liderlik edir.

Turnirə 9-cu turla yekun vurulacaq.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020