Azərbaycan voleybolçusu Yunanıstan çempionu olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan voleybolçusu Yunanıstan çempionu olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Azərbaycanın qadın voleybol yığmasının daha bir üzvü legioner həyatı yaşadığı ölkənin çempionu olub. Söhbət Yunanıstanın "Panatinaikos" qadın voleybol klubunun şərəfini qoruyan voleybolçumuz Marqarita Stepanenkodan gedir. Qeyd edək ki, Marqaritanın komandası çempionluq uğrunda keçirilən final oyunları seriyasında "Olimpiakos"u məğlub edib - 3:2. Marqalıdır ki, yığmamızın kapitanı Ayşən Abduləzimovanın formasını geyindiyi və Macarıstan çempionu adını qazanan "Vaşaş" kimi, "Panatinaikos"da istəyinə 5-ci final matçında 3:1 hesablı qələbədən sonra nail olub. Xatırladaq ki, çempionluq titulundan az öncə Marqaritanın komandası Yunanlstan Kubokunu qazanıb. Bu isə o deməkdir ki, "Panatinaikos" cari mövsümü qızıl dublla bitirib.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020