Mehdiyevlə Heydərov dünya reytinqindəki mövqeyini saxlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Mehdiyevlə Heydərov dünya reytinqindəki mövqeyini saxlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Beynəlxalq Cüdo Federasiyası (İJF) tatami ustalarının yeni reytinq cədvəlini elan edib. Əvvəlki cədvəldə olduğu kimi, yeni cədvəldə də Azərbaycan yığmasının üzvlərindən Məmmədədli Mehdiyevlə (90 lq) Hidayət Heydərov (73 kq) öz mövqelərində qalıb. Qeyd edək ki, bu il Təl-Əvivdə (İsrail) "Böyük Dəbilqə"ni udan, Parisdə (Fransa) analoji turnirdə ikinci, Sofiyada (Bolqarıstan) təşkil edilən Avropa çempionatında isə üçüncü olan Mehdiyev İJF-nın yeni reytinq cədvəlində də ikinci pillədədir. Maraqlıdır ki, Mehdiyev Avropa reytinqində isə öz çəkisinin şəriksiz lideridir. Bolqarıstanda keçirilən Avropa çempionatında birinci yeri tutan Heydərov əvvəlki kimi ilk üçlüyü tamamlayır. Həmin çəkidə güləşən və Avropa çempionatında 3-cü olan Rüstəm Orucov isə bir pillə qalxaraq, 11-ci yeri tutub.
Digər çəkilərə gəlincə, 60 kq-da Kəramət Hüseynov 4-cü pillədə qalsa da həmin çəkidə güləşən Balabəy Ağayevsə 12-ci pilləni 11-lə dəyişib. 66 kq-da Orxan Səfərov 5-ciliyini qoruduğu halda, həmin çəkidə Yaşar Nəcəfov 28-dən 27-yə yüksəlib.
81 kq-da millinin heyətinə yenicə qatılan Səid Mollayi yenə də 7-cidir. Həmin çəkidə tatamiyə çıxan Murad Fətiyev isə 2 pillə geriləməklə 17-ci olub. 100 kq çəkidə tatamiyə çıxan Zəlim Kotsayev 12-dən 11-ə, həmin çəkidə güləşən və milliyə yenidən dönən Yelmar Qasımovsa bir pillə qalxmaqla 19-cu yeri tutub. Ən ağırımız olan Uşanqi Kokuarisə (+100 kq) 9-cu pillədəki mövqeyini qoruyub.
Zərif cinsdən olan cüdoçularımıza gəlincə, Leyla Əliyeva 36-cı pillədə qaldığı, Şəfəq Həmidovasa 4 pillə irəliləyərək 61-ci olduğu halda, Ayişə Qurbanlı 7 pillə geriləməklə 62-ci yerə düşüb. 52 kq-da Gültac Məmmədəliyeva 4 pillə geriləməklə 40-cı olub. 57 kq çəkidə isə İçinxorloo Munktsedev yerində sayıb - 35-ci. Hər zaman olduğu kimi yenədə 63, 70 və 78 kq-da Top-100-də yer alan təmsilçimiz yoxdur. Qadın yığmamızın lideri olan İrina Kindzerskaya isə 18-dən 17-yə yüksəlib.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

