Masallıda şəhid övladının doğum günü (AZpress.AZ, Akif Ağayev, +FOTO=6)
Bu xəbəri paylaş
Masallıda şəhid övladının doğum günü (AZpress.AZ, Akif Ağayev, +FOTO=6)
Masallı rayonunda Vətən Müharibəsi Qəhrəmanı, şəhid İntiqam Əsgərlinın 3 yaşlı qızı Nurun ad günü qeyd olunub.
Rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, RİHB-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Seyfəddin Əliyev və digər rayon rəsmiləri Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin qızı Nur Əsgərlinin doğum günü münasibətilə şəhidin Viləş kəndində ailəsini ziyarət ediblər.
Ziyarət zamanı qonaqlar şanlı Zəfərimizə öz töhfəsini verən qəhrəmanlarımızdan olan şəhid qardaşların - Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinın və Aprel döyüşləri qəhrəmanı Nurlan Əsgərlinin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılıqlarından bəhs edib, ailənin qayğı və problemlərini dinləyiblər.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Şəhid övladı Nur Əsgərlinin doğum günü Masallı şəhər "Viləş" uşaq bağçasında da qeyd olunub.
Tədbirdə Nur Əsgərlinin nənəsi, iki şəhid anası Ziba xanım və atasının adını daşıyan qardaşı İntiqam Əsgərli, uşaq bağçasının kollektivi, valideynlər iştirak ediblər.
Akif AĞAYEV,
MASALLI.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)





