"Mənşə qaydalari və Məcburi qərarlar" mövzusunda milli seminar keçirilir - FOTO

Mayın 16-da Ümumdünya Gömrük Təkilatının (ÜGT) Bakı şəhərindəki Avropa Regional Ofisində “Mənşə qaydalari və Məcburi qərarlar” mövzusunda  milli seminar öz işinə başlayıb.  ÜGT tərəfindən təşkil olunan seminarda  Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumlarının 25 nəfər əməkdaşı iştirak edir.
 

Seminarın açılışında çıxış edən Dövlət Gömrük Komitəsi Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov çıxış edərək ÜGT ilə DGK arasında uzun illərdir davam edən səmərəli əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edib.  Baş İdarə rəisi DGK-nın ÜGT-nin Avropa Regionuna rəhbərliyini, Siyasi Komissiyasına üzvlüyünü, eyni zamanda təşkilatının bir sıra regional qurumlarının Azərbaycanda yerləşməsini əməkdaşlığın bariz nümunəsi kimi qiymətləndirib.
 

Seminarın əhəmiyyətindən bəhs edən Mirqasım Vahabov əldə olunan biliklərin gömrük ödənişlərinin dəqiq hesablanması, statistikanın düzgün aparılması, gömrük əməliyyatlarının daha effektiv şəkildə reallaşdırılması baxımından vacibliyini vurğulayıb.
 

ÜGT-nin Tarif və Ticarət məsələləri üzrə Direktorluğunun eksperti Demba Sek seminarda mənşə qaydaları ilə bağlı fundamental məsələlər barədə məlumat veriləcəyini və qaydaların  tətbiqinin misallarla izah olunacağını bildirib. Demba Sek dünya miqyasında azad ticarət sazişlərinin əhəmiyyətinin artdığı bir dövrdə ticarət qaydalarının səmərəli şəkildə tətbiqində mənşə qaydalarının əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.  
 

11 sessiyadan ibarət olan seminar  5 gün davam edəcək. Seminarda  ÜGT-nin Tarif və Ticarət məsələləri üzrə Direktorluğunun ekspertləri  Demba Sek və Çunksao Ksu,   eyni zamanda Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən Beynəlxalq ticarətdə mənşə qaydalarının təqdim edilməsi, Preferensial mənşə qaydaları üzrə texniki məsələlər, Mənşə sertifikatının verilməsi, Mənşənin təsdiq edilməsi, Mənşə ilə bağlı məcburi qərarlar, məcburi qərarlar, malın uyğunluğunun istehsalçının özü tərəfindən təsdiq edilməsi  ilə bağlı milli qabaqcıl təcrübələr mövzularında təqdimatlar nümayiş etdiriləcək və praktiki məşğələlər keçiriləcək.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020