Zaretska Premyer-liqada medalsız qalıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Zaretska Premyer-liqada medalsız qalıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Mərakeşin paytaxtı Rabatedə karatenin WKF versiyası üzrə Karate-1 Premyer-liqanın 3-cü mərhələ yarışı keçirilib. Turnirdə Azərbaycan biri qadın olmaqla üç dayanq ustası ilə təmsil olunub. Qeyd edək ki, Azərbaycan təmsilçiləri turniri Aminağa Quliyevin (60 kq) qazandığı bir bürünc medalla başa vurub. Maraqlıdır ki, bürünc medal uğrunda döyüşdə Quliyev öz komanda yoldaşı və onunla eyni çəki dərəcəsində mübarizə aparan Sultan Hüseynovu məğlub edib.

 

Təəssüflər olsun ki, qadın yığmamızın lideri, qatıldığı bütün yarşlardan medalla qayıtmasına adət etdiyimiz İrina Zaretska (68 kq) bu tunirlə əliboş vidalaşıb. Əvvəlcə finala çıxmaq şansını itirən İrina daha sonra isə bürünc medal uğörunda keçirdiyi döyüşdə məğlubiyyətlə üzləşərək çıxışını medalın bir addımlığında bitirib.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020