Güləşçilərimiz Albaniyada 2 medal qazanıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Güləşçilərimiz Albaniyada 2 medal qazanıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)
Albaniyanın paytaxtı Tiranada güləş üzrə beynəlxalq turnir keçirilib. AVF-dan (Azərbaycan Güləş Federasiyası) verilən məlumata görə, mayın 12-də start götürən və 15-dək davam edən turnirdə ölkəmiz iki güləşçi ilə təmsil olunub. Onlar zədə üzündən uzun müddət ölkə yığmasına qatıla bilməyən Xadjimurad Qadjiyevlə (74 kq) Vaxit Qalayev (125 kq) olub. Hər iki təmsilçimiz turnirdə uğurla çıcış edərək, mükafatçılar arasında yer alıb. Qadjiyev bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala layiq görülüb. Qalayev isə yalnız finalda büdrəyərək gümüş medalla kifayətlənib.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !
BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA
(İsmayılova Xeyransa Eldəniz qızı)
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp: https://wa.me/994515203020
e-mail: azpressmedia@gmail.com