Yeniyetmə boksçularımız Bakı toplanışında -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Yeniyetmə boksçularımız Bakı toplanışında -İNTİQAM təqdim edir (AZpress.AZ)
Yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandası Avropa birinciliyinin hazırlıqlarına start verib. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, təlim-məşq toplanışı (TMT) baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədov və Teymur Məmmədovun rəhbərliyi altında Bakı Boks Mərkəzində davam edir.
Gündə iki dəfə olmaqla fiziki, taktiki-texniki hazırlıq üzrə keçirilən toplanışın ilk mərhələsinə mayın 18-də yekun vurulacaq. Bunun ardından komandamız Özbəkistana yollanacaq. Yığma üzvləri mayın 20-24-də Fərqanə şəhərində təşkil olunacaq beynəlxalq turnirdə qüvvəsini sınayacaq.
Yığma komandamız Avropa birinciliyinə kimi daha bir neçə beynəlxalq turnirdə iştirak etməyi planlaşdırır.
Qeyd edək ki, yeniyetmələr arasında Avropa çempionatı sentyabrın 23-dən oktyabrın 2-dək İtaliyanın Montesilvano şəhərində olacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


